ABŞ Ukraynaya yardımı davam etdirəcəyinə söz verib
ABŞ Ukraynaya yardımı davam etdirəcək, lakin onun Kursk bölgəsinə hücumunu şərh etməyəcək.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Amerika administrasiyası əmin edib ki, Ukrayna qoşunlarının Rusiya regionuna hücumundan sonra hərbi dəstək dayanmayacaq.
Pentaqonun mətbuat katibi Patrik Rayder isə bildirib ki, Vaşinqton hələ də Kiyevdən Kursk bölgəsinə hücumun məqsədini aydınlaşdırır. O, həmçinin ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin (AFU) regiondakı hərəkətlərini necə - əməliyyat və ya reyd kimi qiymətləndirdiyinə aydınlıq gətirməkdən imtina edib. Onun sözlərinə görə, bu barədə ukraynalılar özləri danışmalıdırlar.