Fransada "Fouga Magister" təyyarəsi qəzaya uğrayıb


Fransanın Le Lavandu kommunasında hava şousu zamanı "Fouga Magister" təyyarəsi dənizə düşüb.


Bu barədə Fransa mediası məlumat yayıb.

Bildirilir ki, pilot təyyarədən tullanmayıb. Xilasedicilər dənizdə əməliyyat aparır, lakin pilotun yerini hələlik tapa bilməyiblər.

Təyyarə qəzası təxminən saat 17:00-da Cənub Fransa Əməliyyatının 80 illiyinə həsr olunmuş aviaşounun başlamasından bir müddət sonra baş verib. Cənub Fransa Əməliyyatı nəticəsində ölkənin cənubu faşistlərdən azad edilib.

Ölkə mediası əvvəlcə söhbətin Fransa Hərbi Hava Qüvvələrinin akrobatika komandası olan Fransız Hava Patrulunun təyyarəsindən getdiyini yazsa da, sonradan Silahlı Qüvvələr Nazirliyi bu məlumatı təkzib edərək, təyyarənin şəxsi olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu