Baltik dənizində Finlandiya və Estoniyanı birləşdirən qaz kəmərini Çin gəmisi zədələyibmiş


2023-cü ilin oktyabrında Finlandiya və Estoniyanın qaz şəbəkələrini birləşdirən Balticconnector qaz kəmərində partlayış Çin gəmisi tərəfindən törədilib.


AFN.az xəbər verir ki, bu barədə Finlandiya və Estoniyanın hüquq-mühafizə orqanlarına göndərilən Çin hesabatında deyilir.

Bildirilir ki, qəza güclü tufan nəticəsində baş verib, Honq-Konq bayraqlı “Newnew Polar Bear” konteyner gəmisi lövbəri ilə qaz kəmərini zədələyib. Çin rəsmiləri vurğulayırlar ki, hadisə təsadüfən baş verib, bilərəkdən deyil.

Sənəddə lövbərin də zədələndiyi iki rabitə kabeli haqqında heç nə deyilmir. Onlardan biri Estoniya ilə İsveç, ikincisi isə Rusiyaya aid olan rabitəni təmin edib. Finlandiya sularında qaz kəməri, Estoniya sularında isə kabellərdən biri zədələnib. Qəzalar təxminən iki saat fasilə ilə baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu