İran: ABŞ vasitəçi deyil, İsrailin ortağıdır


İran xarici işlər nazirinin müavini Əli Bakiri ABŞ-ı Qəzzadakı atəşkəs danışıqlarında vasitəçi deyil, İsrailə döyüş silahı verən ortaq hesab etdiklərini bildirib.



Bakıri X sosial media platformasında paylaşdığı mesajda Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefon danışığı barədə məlumat verib.

Bakiri İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün Dohada keçirilən danışıqlarla bağlı Qətər naziri ilə fikir mübadiləsi apardığını bildirib.

Nazir müavini ABŞ-ı Qəzzada atəşkəs danışıqlarında vasitəçi kimi deyil, İsrailə döyüş silahı verən ortaq kimi baxdıqlarını ifadə edərək, Təl-Əvivi Qəzzaya hücumlarını dayandırmağa məcbur etmək üçün bütün vasitələrdən istifadə edilməli olduğunu qeyd edib.

İki nazir Dohada dünən başlayan atəşkəs danışıqlarından sonra ikinci dəfə telefonla danışıblar.

Dünənki görüşdə Bakiri müharibənin dayandırılması üçün diplomatik təşəbbüslər də daxil olmaqla, birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu