Messi ekofəallardan 50 min avro tələb edib
![](/uploads/posts/2024-08/messi.jpg)
Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “Futuro Vegetal” təşkilatının ekoloji fəallarından 50 min avro tələb edib.
Bu barədə AS xəbər verib.
Belə ki, avqustun 6-da səhər saatlarında Messinin İbizadakı malikanəsi ekofəallar tərəfindən qara və qırmızı boya ilə boyanıb. Fəallar “planetə kömək edin - zənginləri yeyin, polisi ləğv edin” sözləri yazılmış əldə hazırlanmış plakatla fotoşəkillər çəkiblər.