X sosial şəbəkəsi Braziliyadakı ofisini bağlayıb


X sosial şəbəkəsi senzura məsələsi ilə bağlı hakimiyyətlə münaqişə fonunda Braziliyadakı ofisini bağlamaq qərarını açıqlayıb.



Müvafiq yazı Global Government Affairs hesabında yer alıb.

Hesabatda Braziliya Ali Federal Məhkəməsinin hakimi Aleksandr de Moraes şirkətin onun senzura ilə bağlı tələblərini yerinə yetirməkdən imtina etməsi təqdirdə sosial şəbəkənin ölkədəki qanuni nümayəndələrini gizli şəkildə həbslə hədələdiyi qeyd edilib. Öz növbəsində X cavab olaraq işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə ölkədə ofis fəaliyyətinin dayandırıldığını açıqlayıb.

“Bu qərarı vermək məcburiyyətində qaldığımız üçün çox kədərlənirik. Məsuliyyət yalnız Alexandre de Moraesin üzərinə düşür. Onun hərəkətləri demokratik hakimiyyətlə bir araya sığmır. Braziliya xalqı seçim etməlidir: ya demokratiya, ya da Aleksandr de Moraes”, - bəyanatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu