Florensiyada iki alman turist rekord məbləğdə cərimələnə bilər


Florensiyada 14-cü əsrə aid olan və İkinci Dünya Müharibəsi zamanı belə zədələnməməsi ilə məşhur olan Ponte Vecchio üzərində adlarını yazan iki alman turist rekord məbləğdə cərimələnə bilər.



Ötən bazar ertəsi şəhərin simvollarından olan və İkinci Dünya Müharibəsi illərində belə zədələnməməsi ilə məşhur olan körpünün üzərinə qara flomasterlə adlarını yazan iki turisti polis saxlayıb. 21 və 23 yaşlı Almaniya vətəndaşları polis bölməsinə aparılıb və barələrində qanuni tədbirlər görülüb.

Florensiya Bələdiyyəsi saxlanılan iki turisti mədəni irsə zərərin qarşısının alınması ilə bağlı qanuna uyğun olaraq 40 min avroya qədər cərimə gözlədiyini açıqlayıb.

Florensiya Bələdiyyəsi də şəhərə hörmət mesajı vermək üçün çəkindirici cəzanın verilməsinin tərəfdarıdır. Bələdiyyənin təhlükəsizlikdən məsul üzvü Andrea Giorgio “Florensiyaya gələn hər kəs şəhərin abidələrinə və florensiyalılara hörmət etməlidir” deyən bu işdə nümunə olacaq bir cərimə tətbiq ediləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu