Qəssam Briqadaları: Rəfahda 5 İsrail hərbi maşınını vurduq


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusuna aid 5 hərbi maşına hücum etdiklərini açıqlayıb.



Qəssam Briqadaları tərəfindən verilən açıqlamaya görə, İsrail ordusuna məxsus 3 tank, bir hərbi nəqliyyat vasitəsi və bir buldozer “Yasin-105” raketləri ilə vurulub.

Sözügedən İsrail hərbi maşınları Rəfah şəhərinin qərbindəki Tel Sultan rayonunda idman meydançası yaxınlığında vurulub.

İsrail əsgərləri arasında ölən və yaralananlar barədə məlumat verilməyib.

Digər tərəfdən Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunus şəhərlərinə girən İsrail əsgərləri ilə Fələstin müqavimət qrupları arasında qarşıdurmaların davam etdiyi bildirilib.

Məsələ ilə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu