İran ABŞ-dakı prezident seçkilərinə müdaxilə iddialarını bir daha rədd edib


İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi Tehranın ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı dəfələrlə səsləndirilən iddialara reaksiya verib və Vaşinqton administrasiyasından iddialarla bağlı sənədləri təqdim etməsini istəyib.



İSNA-nın məlumatına görə, məsələ ilə bağlı nümayəndəlikdən açıqlama verilib.

Bəyanatda deyilir: "Daha əvvəl də qeyd etdiyimiz kimi İranın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmək niyyəti və ya fikri yoxdur. Əgər ABŞ hökuməti iddiasında haqlıdırsa, sənədlərini bizə təqdim etməlidir ki, cavabımızı ala bilsinlər".

Sözügedən iddiaların əsassız olduğu qeyd edilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın komandası İranı onların kampaniyasına kiberhücum etməkdə ittiham edib. Bundan sonra da oxşar ittiham təkrarlanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu