Zoom video yayımlarda iştirakçıların sayını 10 dəfə artırıb


Zoom ABŞ seçkiləri ilə bağlı video yayımların iştirakçılarının sayını 10 dəfə artırıb.



Bu barədə şirkətin saytında məlumat verilir.

İndi yayım iştirakçılarının maksimum sayı 100 mindən bir milyona yüksəlib. Artıq istifadəçilər yayım formatlarını seçə biləcəklər. Mövcud formatlar 10 min, 50 min, 100 min, 250 min, 500 min və 1 milyon iştirakçıdır. Uyğun paketləri alan müştərilər Zoom Event Services-dən texniki dəstək alacaqlar. 10 min nəfərlik auditoriya üçün bir vebinarın keçirilməsinin dəyəri 9 min dollardır. 1 milyon dinləyiciyə yayım 100 min dollara başa gələcək.

Özəl şirkətlərlə yanaşı bu seçim dövlət qurumları və QHT-lərə, eləcə də onun sayəsində rəqəmsal formatda seçicilərlə geniş miqyaslı görüşlər keçirə biləcək siyasətçilərə yönəlib. Yeni Zoom video konfrans formatı ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçki kampaniyası üçün vəsait toplamaq üçün eyni vaxtda yüz minlərlə insanla görüşməsindən sonra gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu