Bolqarıstanda yenidən müvəqqəti hökumət formalaşdırılacaq


Hökumət böhranının davam etdiyi Bolqarıstanda müvəqqəti baş nazir Dimitar Qlavçevə prezident Rumen Radev tərəfindən müvəqqəti kabineti bərpa etmək tapşırılıb.



Prezident Radev Rəyasət Heyətində keçirilən iclasda "Yeni müvəqqəti hökumətin əsas vəzifəsi ədalətli, dürüst və şəffaf seçkilər təşkil etmək və bu seçkilərdə baş verə biləcək hər hansı saxtakarlığın qarşısını almaq olacaq. Qoy bu, sizin prioritetiniz olsun.” ifadələrini işlədib.

Radev seçkilərdə baş verə biləcək səs alış-verişinin və digər korrupsiya hallarının qarşısının alınmalı olduğunu vurğulayıb. O, Qlavçevə avqustun 26-dək müvəqqəti kabineti təşkil etmək üçün vaxt verib.

Prezident Radev bildirib ki, Qlaçevin quracağı hökumət təsdiqini alarsa, yeni növbədənkənar ümumi seçkilər oktyabrın 27-də keçirilə bilər.

Radev müvəqqəti baş nazirliyə namizəd kimi irəli sürdüyü Hesablama Palatasının sədr müavini Qoritsa Gınçarova-Kojarevanın təqdim etdiyi kabinet layihəsini təsdiq etməyib.

Bolqarıstan seçiciləri siyasi qeyri-sabitliyə görə hökumət qurula bilməyən son 3 ildə 7-ci dəfə erkən seçki üçün sandıq başına gedəcək.

Son seçkidə 34 faiz olan seçici fəallığının yeni seçkidə daha da aşağı düşəcəyi gözlənilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu