Faruk əl-Qəddumi dünyasını dəyişdi


Fəth Hərəkatının ən mühüm qurucularından biri olan Faruk əl-Kəddumi 93 yaşında İordaniyanın paytaxtı Əmmanda vəfat edib.



Fələstin Dövlət Başçısı Mahmud Abbas, Kadduminin ölümündən sonra verdiyi açıqlamada, "Fələstin üçün yorulmadan mübarizə aparan və yorulmadan çalışan qardaşımı, dostumu və yoldaşımı itirdik" dedyib.

Fələstinə, onun davasına və xalqına böyük xidmətlər göstərən sadiq adamlardan birinin itdiyini qeyd edən Abbas, mərhumun ailəsinə, mübarizə yoldaşlarına, hərəkat üzvlərinə və Fələstin xalqına başsağlığı verib.

Fəth Hərəkatı və HƏMAS da Kadduminin ölümündən sonra başsağlığı mesajı yayımlayıb.

Kaddumi 1931-ci ildə İordan çayının qərb sahilində anadan olub və 1958-ci ildə Qahirədə Amerika Universitetini iqtisadiyyat ixtisası üzrə bitirib.

O, gənc yaşlarından milli siyasi işlərlə məşğul olub, Fələstinin keçmiş prezidenti Yasir Ərəfat və Abbasla birlikdə Fəth Hərəkatının yaradılmasında iştirak edib.

1965-ci ildən Fəth Hərəkatı Mərkəzi Komitəsinin üzvü olan Kaddumi Fəth Hərəkatında müxtəlif vəzifələrdə çalışıb.

1969-cu ildə Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü, 1973-cü ildə Fələstin Azadlıq Təşkilatının Siyasi Bürosunun rəhbəri, 1989-cu ildə isə Fələstin Azadlıq Təşkilatının Xarici İşlər Nazirliyinə məsul olub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu