Zaporojye AES-də 330 kV-luq ehtiyat xətt ayrılıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ekspertləri Zaporojye AES-də 330 kV-luq yüksək gərginlikli ehtiyat xəttinin ayrılması ilə bağlı məlumatlandırılıblar.
AFN.az xəbər verir ki, bu barədə stansiyanın kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina TASS-a bildirib.
Yaşina eyni zamanda qeyd edib ki, xətti Ukrayna tərəfi kəsib, problem onların tərəfindədir. "Bərpa müddəti məlum deyil, bu, bizdən asılı deyil" - deyə o bildirib.
Avqustun 23-də Zaporojye AES-də 330 kV-luq “Ferrosplavnaya-1” yüksək gərginlikli elektrik xətti avtomatik olaraq söndürülüb. AES-in öz ehtiyacları 750 kV-luq Dneprovskaya xəttindən enerji alır. Eyni zamanda, stansiyada təhlükəsizlik həddinin və şəraitin pozulması faktı qeydə alınmayıb.