Nepalda sərnişin avtobusu çaya düşdü: 27 nəfər öldü


Nepalın Tanahun bölgəsində sərnişin avtobusunun Marsyanqdi çayına düşməsi nəticəsində 27 nəfər həyatını itirib.



Polis rəsmilərinin verdiyi açıqlamaya görə, 43 sərnişini olan Hindistan nömrəli sərnişin avtobusu Nepalın Pokhara bölgəsindən paytaxt Katmanduya gedirmiş.

Tanahun rayonunda avtobusun Marsyanqdi çayına düşməsi nəticəsində 27 sərnişin həyatını itirib.

Açıqlamada qəzada yaralanan 16 nəfərin yaxınlıqdakı xəstəxanalara aparıldığı, sərnişinlərin hamısının Hindistan vətəndaşları olduğu qeyd edilib.

Hindistanın Katmandu səfirliyinin X sosial media platformasında paylaşılan yazıda çaya düşən avtobusda yalnız Hindistan vətəndaşlarının olduğu təsdiqlənib və yardım səyləri üçün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdikləri bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu