Ukrayna F-16 qırıcısının qəzaya uğradığını təsdiqlədi


Ukrayna Baş Qərargahı avqustun 26-da Ukraynada ABŞ istehsalı olan F-16 qırıcısının qəzaya uğradığını təsdiqləyib.



Baş Qərargahın "Telegram" hesabından verilən açıqlamada 26 avqustda Rusiyanın Ukraynaya intensiv hava hücumları zamanı Ukraynaya məxsus F-16 təyyarələrinin missiya uçuşları etdiyi bildirilib.

Açıqlamada F-16-ların raket hücumunu dəf etmək üçün vəzifə yerinə yetirdiyi, hava döyüşü zamanı F-16 təyyarəsinin yüksək məhsuldarlıq nümayiş etdirdiyi, düşmənin 4 qanadlı raketini hava vuruduğu qeyd edilib.

Qeyd edilib ki, F-16 hədəfə yaxınlaşdığı zaman əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.

Açıqlamada bildirilib ki, qəzanın səbəblərini öyrənmək üçün təyyarənin qəzaya uğradığı ərazidə araşdırma aparmaq üçün xüsusi qrup ayrılıb.

Qeyd edək ki, “Wall Street Journal” qəzetinin adı açıqlanmayan bir ABŞ rəsmisinə əsaslanan xəbərində ABŞ istehsalı olan F-16-nın avqustun 26-da Ukraynada qəzaya uğradığı iddia edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu