Xan Yunisdə 10 fələstinlinin cəsədi tapılıb


İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindən geri çəkildikdən sonra şəhərdə geniş dağıntılar müşahidə edilib.


İsrail ordusu 22 gün əvvəl başladığı hücumlardan sonra şəhərin şərqində hökmranlıq etdiyi bölgələrdən geri çəkilib. Bölgə sakinləri şəhərdə İsrailin hücumları nəticəsində həlak olan 10 fələstinlinin cəsədini tapıblar.

Səhiyyə və mülki müdafiə qrupları ordunun geri çəkildiyi ərazilərdə dağıntılar altında və küçələrdə qurbanları axtarırlar.

Şahidlərin sözlərinə görə, yüzlərlə yaşayış məntəqəsində, evlərdə, yollarda və infrastrukturda böyük dağıntılar olduğu üzə çıxıb.

Bəzi cəsədlər qismən çürümüş, digərləri isə itlər və pişiklər tərəfindən qismən parçalanmış vəziyyətdə tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu