Britaniya İsrailə silah satışını azaldacaq
İngiltərə silah ixracı istiqamətində İsrailə verilən bəzi silah ixracı lisenziyalarını dayandıracağını açıqlayıb. Bununla bağlı İngiltərə parlamenti daxilində Qəzzanı dəstəkləyən 5 müstəqil millət vəkili bir araya gələrək ittifaq yaradıb.
Bu çərçivədə ölkədəki insan haqları təşkilatları bu yaxınlarda ilk iddianı qaldırıb. Fələstində hərbi cinayətlər törədən İsrailə silah satışının dayandırılması tələb olunub.
İşin açılmasından az sonra London administrasiyası bəzi silahların İsrailə satışını dayandıracağını açıqlayıb.
Açıqlamanı Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi edib.
Lammi bildirib ki, İsrailə satılan silahların beynəlxalq humanitar hüququ pozaraq istifadə edilməsi riski var.
Bu çərçivədə o, 350 ixrac lisenziyasından 30-nun dayandırılacağını bildirib.
Lammy vurğulayıb ki, sözügedən addım ümumi qadağa və ya silah embarqosu deyil.
Mənbə: TRT Haber