Zaporojya AES-də ciddi vəziyyət yarana bilər - Qrossi


Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) soyutma qülləsinə təsirdən sonra ciddi vəziyyətlər yarana bilər.


AFN.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi etiraf edib.

“Vəziyyət göstərir ki, biz münaqişə bitənə qədər daim hazır olmalıyıq. Ciddi bir şeyin baş verməsi ehtimalını istisna etmək olmaz”, - deyə o bildirib.

Qrossi qeyd edib ki, MAQATE-yə Zaporojya AES-ə hücum edən tərəfi müəyyən etmək üçün mərmilərin koordinatları və trayektoriyası lazımdır. O, həmçinin agentliyi köməkçi adlandırıb və stansiyaya hücumların qeydə alınması prosesində siyasətə cəlb olunmadıqlarını deyib. Bundan əlavə, MAQATE rəhbəri əlavə edib ki, AES-in soyuducu qülləsində baş verən yanğına səbəb strukturun özülündəki yanğın deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu