NATO-nun baş katibi Stoltenberq Çini Rusiyaya dəstəyi dayandırmağa çağırıb


NATO-nun baş katibi Yens Stoltenberq Çini Ukraynadakı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb.


AFN.az xəbər verir ki, Stoltenberq Norveçin paytaxtı Osloda verdiyi açıqlamada Pekinin yardımının müharibənin davam etməsində mühüm amil olduğunu deyib: "Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici "fasilitator"a çevrilib".

Rusiyanın istifadə etdiyi silahların çoxunu istehsal edən ölkənin Çin olduğunu bildirən Stoltenberq qeyd edib ki, Pekinin Ukraynada müharibəyə başlaması onun maraqlarına və nüfuzuna mənfi təsir göstərə bilər.

“Mən Çini Rusiyanın qeyri-qanuni müharibəsinə dəstəyi dayandırmağa çağırıram”, - Stoltenberq bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu