Ermənistanın KTMT-dən çıxması istisna deyil - Simonyan
Ermənistan KTMT-dən çıxa bilər, bu ehtimalı da istisna etmək olmaz.
AFN.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan keçirdiyi brifinqdə bildirib. O, jurnalistlərin sualını cavablandırarkən qeyd edib ki, bu mövzuda heç nəyi istisna etmək olmaz.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ölkənin təşkilatda iştirakını dondurduğunu bəyan edib, həmçinin KTMT-yə üzv olan iki ölkənin Ermənistana qarşı müharibə hazırladığını iddia edib. Jurnalistlərin bu ölkələrin adlarını çəkməyə hazır olub-olmadığını soruşduqda Ermənistanın baş naziri bunu yersiz hesab etdiyini bildirib.