İtaliyada nəqliyyat sektorunun işçiləri tətilə çıxıblar


İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə kollektiv müqavilənin yenilənməsi danışıqlarının başlanmasını tələb edərək 8 saatlıq tətilə başlayıblar.


Ölkədəki həmkarlar ittifaqlarının çağırışı ilə, xüsusilə nəqliyyat sektorunda, ictimai nəqliyyat sahəsində çalışanlar bu gün yerli vaxtla 08.30-16.30 arasında 8 saat işləməməyə qərar verib.

Həmkarlar ittifaqları 31 dekabr 2023-cü ildə müddəti bitən kollektiv müqavilələrin yenilənməməsinə etiraz etdiklərini bildiriblər.

Paytaxt Romada fəaliyyətini dayandıran əməkdaşlar Apostoli meydanına toplaşaraq tələblərini səsləndiriblər.

Tətil və yağışlı hava səbəbindən şəhər sakinləri və turistlər nəqliyyatda çətinliklərlə üzləşiblər. Paytaxtda üç metro xətti və bütün avtobus xidmətlərinin dayanması yağışlı havada çox sayda insanın dayanacaqlarda gözləməsinə səbəb olub.

İctimai nəqliyyatda tətil Roma ilə yanaşı digər şəhərlərdə də öz təsirlərini göstərib.

Dünən isə ölkədə dəmiryolçular tətilə çıxıb, şəhərlərarası qatarların hərəkətində ləğvlər və fasilələr yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu