Tayvanda təlim zamanı qırıcı təyyarə qəzaya uğrayıb


Çinlə suverenlik mübahisəsi olan Tayvanda döyüş təyyarəsinin təlim zamanı qəzaya uğradığı və pilotun itkin düşdüyü açıqlanıb.



Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada Fransa istehsalı olan "Mirage 2000" tipli döyüş təyyarəsinin adanın şimal-qərbində Hsinçu əyaləti sahillərində gecə uçuş təlimi zamanı dənizə düşdüyü bildirilib.

Qeyd olunub ki, qəzada pilot qəzadan əvvəl özünü təyyarədən təxliyyə edib. Silahlı qüvvələr və sahil mühafizə bölmələri itkin düşən pilotun tapılması üçün əməliyyat aparır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu