REAL-ın yeni sədri Natiq Cəfərli olacaq?


“Əgər Siyasi Komitə belə bir məsələni gündəmə gətirsə, mümkündür. Mən heç vaxt məsuliyyətdən boyun qaçırmamışam”.


AFN.az xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli “Bakupost”a müsahibəsində deyib.

“Bu günə qədər zatən REAL-ın icra katibi kimi idarəetmədə mühüm rol oynamışam. Amma Siyasi Komitənin 8 nəfər üzvü var. Onların 8-i də sədr olmağa layiq insanlardır”.

Qeyd edək ki, REAL Partiyasının sədri İlqar Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən istefa verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu