Konqoya 50 min doza meymun çiçəyi virusu peyvəndi çatdırılıb


Meymun çiçəyi (mpox) virusuna qarşı istifadə edilmək üçün Konqo Demokratik Respublikasına (KDR) 50 min doza peyvənd göndərilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, peyvəndlər ABŞ-dan göndərilib və artıq DRC rəsmilərinə çatdırılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymun çiçəyi virusu epidemiyasından ən çox təsirlənən və yüzlərlə insanın həyatını itirdiyi ölkə Konqodur.

Bu ilin əvvəlindən bəri DRC-də təqribən 5 min təsdiqlənmiş meymun çiçəyi hadisəsi aşkar edilib və 620-dən çox insan virusa görə dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu