Blinken: ABŞ Livandakı insidentdə iştirak etməyib

Birləşmiş Ştatlar Livandakı peycer partlayışlarında iştirak etməyib, insidentin vəziyyətini öyrənir və Yaxın Şərqdə daha da gərginləşməyə qarşı xəbərdarlıq edir.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Bədr Abdel Ati ilə birgə mətbuat konfransı zamanı deyib.
"ABŞ-ın bu hadisələrdə əvvəlcədən məlumatı və ya iştirakı olmayıb. Biz hələ də baş verənlər haqqında məlumat və faktlar toplayırıq" - deyə o bildirib. Blinken qeyd edib ki, bütün tərəflər münaqişəni gərginləşdirəcək addımlardan qaçmalıdır.