İran və Taliban arasında himn krizisi


İran prezidenti Məsud Pezeşkianın iştirak etdiyi Beynəlxalq İslam Birliyi Konfransının açılışında İran himni səsləndirilərkən yalnız Taliban nümayəndəsinin ayağa qalxmaması İranın sərt reaksiyasına səbəb olub.



Yaranan bu vəziyyət ölkə mediasında və sosial mediada iranlıların reaksiyası ilə qarşılanıb və bəziləri istifadəçilər Taliban nümayəndəsinin konfransa dəvət olunmasını tənqid edib.

Reaksiyalardan sonra İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi məsələ ilə bağlı açıqlama verib. Kazimi bildirib ki, musiqini qadağan etmək bəhanəsi ilə diplomatik prinsiplərə hörmətsizlik etməyin heç bir mənası və presedenti yoxdur.

Qeyd edək ki, sentyabrın 18-də Pakistanın Peşəvər şəhərində keçirilən mərasimdə Pakistan himni səsləndirilərkən Taliban rəsmiləri ayağa qalxmayıb və Pakistan bu vəziyyətə etiraz edərək, bunu diplomatik protokolların pozulması adlandırıb.

Bunun üzərinə Əfqanıstanın Peşəvərdəki konsulluğu Pakistan rəsmilərinin etirazına cavab verib və bəyan edib ki, Taliban musiqiyə qarşı çıxdığı üçün Əfqanıstanda dövlət himni də qadağan edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu