Çin Kuanfu seriyalı JILIN-1 yerin müşahidə peyklərini orbitə buraxıb


Çin kosmosa 6 Kuanfu seriyalı peyk göndərib ki, bu da JILIN-1 yerin müşahidə peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək.



"Sinxua" agentliyinin xəbərinə görə, Kuanfu 02B 01-06 peykləri Long March 2D raketi ilə Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən orbitə buraxılıb.

6 peyk planlaşdırılan orbital mövqeyinə çatarkən, buraxılış Long March raketləri ilə 536-cı uğurlu nəqliyyat missiyası olub.

Peyklər yerin izlənilməsi, şəhərsalma və fəlakətlərin monitorinqi məqsədləri üçün uzaqdan zondlama xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Adı Çincə "geniş" mənasını verən Kaunfu seriyalı optik peyklər, geniş sahə görmə təmin edən fokus sayəsində hər bir nöqtənin 0,5 metrə qədər yer səthini və 150 ​​kilometrə qədər kəmər aralığını bir fotoşəkildə əhatə etdiyi məsafəyə çata bilir.

Kuanfu seriyasından olan JILIN-1 peyklərinin birinci nəsli olan Kaunfu 01 A, B, C peykləri 2020-2022-ci illərdə, ikinci nəslin ilk peykləri olan Kuanfu 02A qrupu isə 15 avqustda kosmosa göndərilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu