Malidə jandarma məktəbinə hücum: Ən azı 80 ölü

Malinin paytaxtı Bamakoda jandarma məktəbinə hücum nəticəsində azı 80 nəfər ölüb.
Təhlükəsizlik mənbələri Faladie Jandarma Məktəbinə edilən hücumda ən azı 80 nəfərin həyatını itirdiyini, 250-dən çox adamın isə yaralandığını bildirib.
Çoxlu sayda insanın ağır xəsarət aldığı, səhiyyə ocaqlarında müalicə aldığı, insan tələfatının arta biləcəyi vurğulanıb.
Sentyabrın 17-də Bamakonun müxtəlif yerlərində atəş səsləri eşidilib. Baş Qərargah Faladie Jandarma Məktəbində terror aktı olduğunu bildirib.
Mali hərbi administrasiyası terror aktından sonra Bamako beynəlxalq hava limanını bağlayıb.
Mənbə: AA