Malidə bir kəndə silahlı hücum nəticəsində 26 nəfər öldürülüb


Qərbi Afrika ölkəsi Malidə kəndə hücum edilib. Hücum nəticəsində 26 nəfər öldürülüb.



Malinin Bankass şəhərinin Dembo kəndinə silahlı basqın edilib. Şəhərin meri Moulaye Guindo bildirib ki, hücum edənlər bazar günü axşam saatlarında kənd təsərrüfatı sahələrində işləyən kəndlilərə atəş açıblar. Hücumda ən az 26 nəfərin öldüyünü qeyd edən Quindo bölgəyə əsgərlərin göndərildiyini bildirib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, iyulun 1-də də zorakılıq hadisələrinin yaşandığı Malinin Mopti bölgəsində silahlı basqın zamanı azı 40 nəfər həyatını itirib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu