Pakistanda tayfalar arasında qarşıdurma - Ən azı 5 nəfər ölüb


Pakistanın Hayber Paxtunxva əyalətində tayfalar arasında baş verən qarşıdurma nəticəsində ən azı 5 nəfər ölüb.



Milli mətbuatda yer alan xəbərə görə, cümə günü axşam saatlarında Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda mübahisəli torpaq üzərində tikilən tikiliyə görə rəqib tayfalar arasında dava düşüb.

Ötən gecə tayfalar arasında döyüş yenidən alovlanıb.

Ağır silahların tətbiq olunduğu qarşıdurma nəticəsində ən azı 5 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Bölgədəki fikir liderləri hakimiyyəti münaqişələrə son qoymağa çağırıb.

Sosial şəbəkələrdəki yazılarda qarşıdurmaların şiə və sünni qəbilələri arasında baş verdiyi, ölən və yaralananların sayının daha çox olduğu iddia edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu