İran: Nüvə danışıqlarının yenidən başlaması üçün səy göstəririk


İranın xarici işlər naziri Abbas Arakçi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə nüvə danışıqlarının yenidən başlaması üçün səy göstərdiklərini açıqlayıb.



"Entekhab" xəbər saytının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası toplantısı çərçivəsində müxtəlif təmaslar etmək üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Arakçi gündəmlə bağlı sualları cavablandırıb.

Arakçi "Xarici işlər nazirləri ilə danışıqlar aparırıq. Bizim səyimiz nüvə müzakirələrini yenidən başlatmaqdır" ifadələrini işlədib.

Arakçi tərəflərin hazır olduqları təqdirdə danışıqlara onun yerləşdiyi Nyu-Yorkda başlaya biləcəklərini ifadə edərək, Ukrayna və Qəzza kimi beynəlxalq məsələlərə görə nüvə müzakirələrinin yenidən başlamasının əvvəlkindən daha çətin və mürəkkəb olduğunu, lakin hələ də danışıqların yenidən başlaya biləcəyinə ümid etdiyini qeyd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu