ÜST: Bu il Afrikada 30 min meymun çiçəyi yoluxması qeydə alınıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il əksəriyyəti Konqo Demokratik Respublikasında olmaqla 30 min şübhəli meymun çiçəyi virusu yoluxmasının qeydə alındığını açıqlayıb.



Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qitədə 800-dən çox insan M-pox virusu şübhəsi nəticəsində dünyasını dəyişib.

Bu ilin yanvarından 15 sentyabrına qədər Afrikada 29 min 342 şübhəli meymun çiçəyi virusu yoluxması və 812 ölüm hadisəsinin qeydə alındığını bildirən ÜST, avqust ayında dünya üzrə cəmi 2 min 82 meymun çiçəyi virusu yoluxmasının təsdiqləndiyini, bu rəqəmin 2022-ci ilin noyabr ayından bu yana ən yüksək səviyyə olduğunu bildirib.

Burundinin də epidemiyadan təsirləndiyi bildirilən hesabatda əvvəlki illərlə müqayisədə rəqəmlər yer almayıb.

Afrika Birliyi Xalq Sağlamlığı Agentliyinin açıqlamasında 2023-cü ildə epidemiyanın təsirləndiyi 7 ölkədə 14 min 957 yoluxmanın və 739 ölüm halının qeydə alındığı və bu məlumatların 2022-ci ilə nisbətən yeni yoluxanların 78,5 faiz artdığını göstərdiyi bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu