İtaliyada vətəndaşlıq qanununa dəyişiklik edilə bilər - 500 min imza toplandı


Əcnəbilərin İtaliyada vətəndaşlıq əldə etmələri üçün şərtlərdən biri olan 10 illik fasiləsiz yaşama şərtinin 5 ilə endirilməsini nəzərdə tutan qanun dəyişikliyi üçün başldılan referendum sorğusunun tələb olunan imza sayı 500 min imzaya çatdığı açıqlanıb.



Bir müddətdir ki, ölkədə əcnəbilərin və onların övladlarının vətəndaşlığı ilə bağlı qanunlarda islahatların aparılması ilə bağlı müzakirələr davam edərkən, müxalifətdə olan “Daha Çox Avropa" partiyası və bəzi qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə mühüm irəliləyiş əldə olunub.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, təşəbbüs müxalif “Daha Çox Avropa" partiyasının lideri Rikkardo Maqi və QHT-lər tərəfindən irəli sürülüb. İtaliya vətəndaşlığının alınması ilə bağlı qanuna dəyişiklik edilməsi ilə bağlı referendum üçün imzatoplama kampaniyası öz məqsədinə çatıb.

Maqi verdiyi açıqlamada referendum tələbi üçün lazım olan sayı 500 min imza sənədlərini təqdim etmək üçün son tarixdən əvvəl topladıqlarını söyləyib.

Ana müxalifət partiyası olan Demokrat Partiyasının (PD) lideri Elli Şleyn də referendum tələbini imzalayıb və vətəndaşları son günə qədər bu kampaniyaya dəstək verməyə çağırıb.

Referenduma çıxarılan qanunda dəyişiklik tələbində əcnəbilərin İtaliya vətəndaşlığını almaq üçün yerinə yetirməli olduğu şərtlərdən biri olan 10 illik fasiləsiz yaşayış tələbinin 5 ilə endirilməsi təklifi də yer alır.

Toplanan imzalar referendumun keçirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Mediada yayılan məlumatlara görə, yüksək məhkəmənin 2025-ci ilin fevralında imzaları nəzərdən keçirəcəyi və referendumun keçirilib-keçirilməməsinə qərar verəcəyi gözlənilir. Bildirilir ki, Konstitusiya Məhkəməsi referendumun keçirilməsi üçün yaşıl işıq yandırarsa, yaz aylarında seçki keçirilə bilər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu