Roma Bələdiyyəsi WikiLeaks-in yaradıcısı Assanca fəxri vətəndaşlıq verəcək


İtaliyanın Roma Bələdiyyəsi WikiLeaks saytının yaradıcısı avstraliyalı Culian Assanca fəxri vətəndaşlıq verilməsi barədə qərar qəbul edib.



İtaliya mətbuatında çıxan xəbərlərə görə, İngiltərədə saxlanılan və gələn həftə ABŞ-a təhvil veriləcək Culian Assanca Roma fəxri vətəndaşlığı verilməsi təklifi bu gün şəhər məclisində keçirilən səsvermədə 2 əleyhinə 27 səslə qəbul edilib.

2023-cü ilin oktyabrında Assanca fəxri vətəndaşlıq verilməsi təklifini gündəmə gətirən 5 Ulduz Hərəkatına (M5S) mənsub bələdiyyə məclis üzvlərindən olan keçmiş Roma meri Virciniya Raggi səsvermədən sonra verdiyi açıqlamada, “Nəhayət, müvəffəq olduq. Culian Assanca fəxri vətəndaşlıq verilməsi qərarı təsdiqləndi. Bu, fundamental hüquqları dəfələrlə pozulan şəxs üçün mühüm siqnaldır". deyə vurğulayıb.

İtaliyada Neapol və Reggio Emilia kimi müxtəlif şəhərlər daha əvvəl dəstək məqsədilə Assanca fəxri vətəndaşlıq vermişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu