ABŞ vətəndaşlıq imtahanlarında dəyişiklik edir


15 ildən sonra ABŞ-da vətəndaşlıq imtahanlarının gələn il yenilənəcəyi açıqlanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) vətəndaşlıq üçün mövcud test sisteminin ingilisdilli hissəsinin yenilənməsini təklif edib.

Cari imtahanda iştirakçılardan nitq qabiliyyətinin ölçüldüyü yazılı bölmədə cavablandırdıqları suallara şifahi cavab vermələri xahiş olunur.

USCIS tərəfindən təklif edilən düzəlişlə, danışıq testi iştirakçılardan gündəlik həyatın fotoşəkillərini göstərməklə ingilis dilində onu təsvir etmələrini tələb edəcək.

Xidmət yetkililəri bu kontekstdə ediləcək yeniləmənin ictimaiyyətdən rəy almaq üçün bu il ölkə daxilində sınaqdan keçiriləcəyini bildiriblər.

İmtahanda ediləcək digər dəyişiklik isə vətəndaşlıq bölməsində şifahi sualların çoxseçimli yazılı imtahan kimi tətbiqi olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu