ABŞ döyüş təyyarəsi tərəfindən vurulan UFO-nun fotosu yayıldı


2023-cü ilin fevralında Alyaska yaxınlığında əməliyyat zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 tipli döyüş təyyarəsi tərəfindən vurulan UFO-nun ilk fotosu yayılıb.



Şəkildə Kanadanın şimal-qərbindəki Yukon bölgəsi üzərində çəkilmiş, qeyri-müəyyən kənarları olan parlayan nal formalı obyekt göstərilir.

Bu əməliyyat həmin ilin fevral ayında gündəmə gələn Çin casus şar böhranından sonra ABŞ və Kanada Silahlı Qüvvələrinin birgə həyata keçirdiyi missiya çərçivəsində həyata keçirilib.

Hadisənin üstündən 19 ay keçməsinə baxmayaraq, foto Kanada Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətlə paylaşılmayıb.

Bununla belə, görüntü məxfilikdən çıxarılan sənədlər vasitəsilə ictimaiyyətə təqdim olunub.

Foto 2023-cü ilin fevralında Alyaska, Yukon və Huron gölü üzərində vurulan üç fərqli UFO-dan birinə aiddir.

Xüsusilə məxfilikdən çıxarılan görüntünün paylaşılması ilə UFO-ların casusluq fəaliyyəti ilə bağlı daha çox suallar gündəmə gəlib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu