Hizbullahdan Haşim Safiyuddin açıqlaması


Hizbullah hərəkatın icra şurasının rəhbəri Haşim Safiyuddinin İsrailin hücumunda öldürülən baş katibi Həsən Nəsrullahın yerinə seçildiyi barədə xəbərləri təkzib edib.



Hizbullah tərəfindən verilən açıqlamada hərəkatın baş katibliyi ilə bağlı bəzi mətbuat orqanlarında dərc olunan xəbərlərin heç bir əhəmiyyət kəsb etmədiyi bildirilib.

“Aydınlaşdırmaq istərdik ki, baş katibimizin öldürülməsindən sonra Hizbullahın rəhbərlik etdiyi təşkilati prosedurlarla bağlı bəzi KİV-lərdə yayılan xəbərlər tamamilə əhəmiyyətsizdir”, - deyə bəyanatda bildirilib.

Açıqlamada hərəkat rəhbərliyinin bu məsələ ilə bağlı işlərini davam etdirdiyi diqqətə çatdırılıb və Hizbullah rəhbərliyindən rəsmi açıqlama verilməyincə bu istiqamətdə xəbərlərin nəzərə alınmaması çağırışı edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu