Böyük Britaniya iqtisadiyyatı ikinci rübdə 0,5 faiz artıb
Böyük Britaniya iqtisadiyyatı ilin ikinci rübündə illik bazda 0,5 faiz artıb.
Britaniya Milli Statistika İdarəsi (ONS) ilin ikinci rübünün artım rəqəmlərini açıqlayıb.
Buna görə aprel-iyun dövrü üçün daha əvvəl açıqlanan 0,6 faiz böyümə proqnozu 0,5 faiz olaraq revize edilib. Bu məlumatlar göstərib ki, Britaniya iqtisadiyyatı keçən ilki tənəzzüldən sonra düşünüldüyündən daha yavaş bərpa olunur.
İlin ikinci rübündə xidmət sektoru 0,6 faiz artıb. Əvvəlki təxmin 0,8 faiz idi.
Bu dövrdə istehsal sektoru 0,3 faiz, tikinti sektoru isə 0,2 faiz azalıb. Beləliklə, tikinti sektorunda üç rüb ardıcıl olaraq daralma qeydə alınıb.
ONS bugünkü açıqlamasında 2023-cü il üçün artım məlumatlarını da nəzərdən keçirib və onu 0,3 faizə qaldırıb. Ötən il ölkə iqtisadiyyatının 0,1 faiz artdığı açıqlanıb.
Mənbə: AA