Pentaqon İsrailin Beyruta zərbələrini dəstəkləyir


Pentaqonun rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla iki dəfə danışaraq, İsrailin İran və onun dəstəklədiyi qruplara qarşı özünü müdafiə etmək hüququna dəstək ifadə edib.


AFN.az xəbər verir ki, bu barədə ABŞ ordusunun bəyanatında deyilir.

Pentaqonun sözçüsü general-mayor Pat Rayder deyib: “Birləşmiş Ştatlar İranın və İranın dəstəklədiyi tərəfdaşların, etibarlı şəxslərin vəziyyətdən sui-istifadə etməsinə və ya münaqişəni genişləndirməsinə mane olmaqda qərarlıdır”.

Müvafiq bəyanatlar şiə Hizbullah hərəkatının Beyrutda yerləşən qərargahına hücumlar nəticəsində onun lideri Həsən Nəsrullahın həlak olması fonunda verilib. Bunkerlərə endirilən zərbələr zamanı İsrail qırıcıları bir ton ağırlığında 85 bomba atıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu