Hizbullahla İsrail ordusu arasında intensiv döyüşlər gedir


İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgərləri respublikanın cənubunda Livanın şiə “Hizbullah” hərəkatının tərəfdarları ilə gərgin döyüşlər aparır.


Bu barədə İDF sözçüsü Aviçai Edri məlumat verib.

"Livanın cənubunda şiddətli döyüşlər gedir, Hizbullah üzvləri şəhər mühitindən və əhalidən hücumlar təşkil etmək üçün canlı qalxan kimi istifadə edirlər" - deyə o, X hesabında yazıb.

“Şəxsi təhlükəsizliyiniz üçün sizdən Litani çayının şimal hissəsindən cənub bölgəsinə nəqliyyat vasitəsi ilə səyahət etməməyinizi xahiş edirik”, - deyən Edri əlavə edib ki, bu xəbərdarlıq növbəti bildirişə qədər qüvvədə qalacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu