ABŞ: İranın İsrailə hücumunda ABŞ obyektlərində can və mal itkisi olmayıb


ABŞ Dövlət Departamenti İranın İsrailə raket hücumu nəticəsində yaralanan və ölən ABŞ hərbçisinin olmadığını açıqlayıb.



Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərin Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb.

İsraildə hər hansı mülki itki ilə bağlı heç bir məlumatı olmadığını ifadə edən Miller, "Orada bir Amerika vətəndaşının itkisindən danışmıram belə. ABŞ-ın heç bir obyektinə ziyan dəyməyib" qeyd edib.

Miller İordan çayının qərb sahilində bir fələstinlinin öldüyü barədə məlumatın olduğunu da əlavə edib.

Miller həmçinin bildirib ki, qaynar hadisələrin baş verdiyi Livanda informasiya sistemlərində qeydiyyatda olan 6 minə yaxın ABŞ vətəndaşına hadisələrlə bağlı müntəzəm məlumat və təlimat verirlər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu