Aİ "YouTube", "Snapchat" və "TikTok"dan qaydalara riayət olunması ilə bağlı məlumat istədi


Avropa İttifaqı (Aİ) "YouTube", "Snapchat" və "TikTok" platformalarından tövsiyə sistemlərinin dizaynı və istismarı ilə bağlı ətraflı məlumat tələb edib.


Aİ Komissiyası Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində "YouTube", "Snapchat" və "TikTok"dan rəsmi məlumat tələb etdiyini açıqlayıb.

Açıqlamada sözügedən platformalardan tövsiyə sistemlərinin dizaynı və işləməsi haqqında daha çox məlumat vermələrinin istəndiyi vurğulanıb və qaydalar çərçivəsində platformaların daxilindəki tövsiyə sistemlərindən yaranan riskləri qiymətləndirmək və azaltmaq məcburiyyətində olduqları xatırladılıb.

Bəyanatda bildirilib ki, platformalar istifadəçilərin psixi sağlamlığı, alqoritmlərin qarşılıqlı əlaqəyə əsaslanan dizaynı nəticəsində yaranan zərərli məzmunun yayılması, yetkinlik yaşına çatmayanların müdafiəsi və seçki prosesləri kimi riskləri aradan qaldırmaq üçün addımlar atmalıdır.

Platformaların noyabrın 15-dək cavablarını Aİ Komissiyasına təqdim etməli olduğu bildirilib və məlumat sorğusuna səhv, natamam və ya yanlış cavab verildiyi təqdirdə şirkətlərin cərimələnə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Aİ-nin texnologiya qaydalarına əsasən Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar ciddi qaydalara əməl etməlidir. Aİ onun qaydalarını pozan şirkətlərə yüksək cərimələr tətbiq edə bilər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu