İran Fələstini tam azad edənə qədər müqavimət qüvvələrini dəstəkləmək niyyətindədir


İran fələstinliləri və müqavimət qüvvələrini İsrail işğalından azad olunana qədər dəstəkləyəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qətərdə keçirilən Asiyada Əməkdaşlıq üzrə Dialoq iştirakçılarının üçüncü sammitində deyib.

"Biz Fələstinin tam azad edilməsinə qədər Fələstin müqavimətini dəstəkləməyə davam edəcəyik. Biz bunu Fələstin məsələsində öz məsuliyyətimiz hesab edirik və bu mövqedə qətiyyətlə dayanırıq" - deyə Pezeşkian qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu