Rusiya Zaporojya AES yaxınlığında Ukraynaya məxsus PUA vurulduğunu açıqlayıb


Rusiya Qvardiyası Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) yaxınlığında Ukrayna tipli PUA-nı vuraraq terror aktına cəhdin qarşısını alıb.


AFN.az xəbər verir ki, bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Rusiya Qvardiyası Kiyev rejiminin strateji əhəmiyyətli obyektdə - Zaporojye Atom Elektrik Stansiyasında PUA-dan istifadə edərək terror aktı törətmək cəhdini Rusiya Qvardiyasının əməkdaşlarının köməyi ilə dayandırıb. PUA Rusiya Qvardiyası əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində elektron müharibənin və atıcı silahların kompleks təsirinin köməyi ilə Zaporojya AES-in ərazisinə yaxınlaşarkən vurulub" - deyə açıqlamada qeyd edilir.

İdarədən bildirilib ki, Rusiya Qvardiyasının mühəndis-istehkam bölməsinin üzvləri pilotsuz təyyarənin partlayıcı yükünü yoxlayıb və zərərsizləşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu