Estoniya ABŞ-dan əlavə ATACMS raketləri almaq istəyir


Estoniya ABŞ-a əlavə uzaqmənzilli ATACMS raketlərinin alınmasına icazə verilməsi üçün sorğu göndərib.



Bu barədə Estoniya Dövlət Müdafiə İnvestisiya Mərkəzinin (RKİK) direktoru Maqnus-Valdemar Saar "ERR"ə bildirib.

Saar xatırladıb ki, Estoniya artıq 2025-ci ilə qədər almalı olduğu altı HIMARS buraxılış qurğusu sifariş edib. Bundan əlavə, 18 ATACMS raketi də daxil olmaqla 100-ə yaxın döyüş sursatı alınıb. Bununla belə, çatdırılma müddətlərinin yerinə yetiriləcəyinə əminlik yoxdur - köçürmə ABŞ hökuməti vasitəsilə həyata keçirilir və vaxt tələb edir.

RKİK direktoru qeyd edib ki, Estoniya indi ötən dəfəkindən üç-dörd dəfə çox raket almağı planlaşdırır. Saara görə, ölkə sursat almaq üçün 1,6 milyard avro əlavə müdafiə maliyyəsindən istifadə etməlidir.

RKİK rəhbəri əlavə edib ki, Estoniyada hazırda müxtəlif silahlar sifariş etməklə satınalmaların şaxələndirilməsi, yoxsa mövcud sistemlər üçün mərmilərə diqqət yetirilməsi müzakirə edilir. Saar bildirib ki, Estoniya Müdafiə Qüvvələri,bu problemi ən yaxşı şəkildə necə həll edəcəyini təhlil edir.

Qeyd edək ki, bu sursatlar 2031-ci ilə qədər çatdırılmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu