Siçan beynindəki tullantıları təmizləyən qlimfatik sistemin insan beynində izləri tapılıb


ABŞ-dan olan tədqiqatçılar insan beynində daha əvvəl siçanların beynində aşkar edilmiş və damarları əhatə edən kanallar vasitəsilə tullantıları təmizləməklə tanınan qlimfatik sistemin izlərini aşkar ediblər.



Nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmaya görə, amerikalı alimlər beyin əməliyyatı keçirmiş 5 xəstənin beyninə kontrast maddə yeridiblər və bu maddəni maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə izləyiblər.

Tədqiqatçılar əvvəlki araşdırmalarda qlimfatik sistem olaraq təyin olunan damarları əhatə edən kanallar vasitəsilə beyindən tullantı materiallarının çıxarılması prosesinin siçanların beyinlərində aşkar edildiyini bildiriblər.

Tədqiqatçılar insan beynində qlimfatik sistemin olmasının müzakirə edildiyini, lakin onun görüntüsünün alına bilmədiyini, xəstələrin beyninə yeridilən maddənin monitorinqindən sonra insan beynində sistemin izlərinin tapıldığını qeyd ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu