İran İsfahandakı partlayışın hücum nəticəsində baş vermədiyini açıqlayıb


İran İnqilabı Keşikçiləri Korpusu İsfahan şəhəri yaxınlığında baş verən partlayışın müdafiə sisteminin sınağı nəticəsində baş verdiyini açıqlayıb.


İranın İSNA xəbər agentliyi İnqilab Keşikçiləri Ordusunun verdiyi açıqlamanı dərc edib.

Açıqlamada "Dünən gecə yarısı partlayış səsi və parlaq bir obyektin görünməsi müdafiə sisteminin sınaq fəaliyyətinə görə meydana gəlib. Düşmənin hücumu və ya təlimi ilə bağlı iddialar həqiqəti əks etdirmir" deyə qeyd edilib.

Qeyd edək ki, gecə yarısı İsfahan şəhərində partlayış səsi eşidilib və sosial mediada partlayışın hücum nəticəsində baş verdiyi iddia edilib.

Şəhərin şimalındakı Natanz rayonunda uranın zənginləşdirilməsi obyekti və şəhərin cənub-şərqində Ruşendeşt kəndi yaxınlığında uranın çevrilməsi obyekti var.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu