Trampa sui-qəsd cəhdi iddiası ilə 1 nəfər saxlanılıb


ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın Kaliforniyada keçirdiyi seçki mitinqindən əvvəl Trampa sui-qəsd cəhdi etdiyi iddia edilən silahlı şəxsin ələ keçirildiyi öyrənilib.



Riverside qraflığının şerifi Çad Bianko mətbuata açıqlamasında "Yəqin ki, biz üçüncü sui-qəsd cəhdini dayandırdıq" deyib.

Bianko bildirib ki, dünən Koaçella vadisində Trampın seçki mitinqinin keçiriləcəyi əraziyə yarım kilometr aralıda polis nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış zamanı mitinq üçün saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança və yüksək tutumlu tapança darağı ələ keçiriblər.

Bianko qeyd edib ki, Vem Miller adlı 49 yaşlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğu və Trampı öldürməyi planlaşdırdığı güman edilir.

Yerli mətbuatın verdiyi məlumata görə, saxlanılan Miller daha sonra qanunsuz silah saxlamaq ittihamı ilə mühakimə olunana qədər 5 min dollar girov müqabilində sərbəst buraxılıb.

Yerli mənbələr Millerin Kaliforniya Universitetində magistr dərəcəsi aldığını və 2022-ci ildə Nevada Senatına namizədliyini irəli sürdüyünü yazıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu