Ərəb Liqası Qahirədə təcili toplantı keçirəcək
Ərəb Dövlətləri Liqası Qəzza zolağında münaqişənin dayandırılması üçün bu gün daimi nümayəndələr səviyyəsində fövqəladə toplantının keçiriləcəyini açıqlayıb.
Fələstinin çağırışından sonra Ərəb Liqası daimi nümayəndələr səviyyəsində fövqəladə toplantı keçirmək qərarına gəlib.
Ərəb Liqasından verilən açıqlamada, daimi nümayəndələrin bu gün Misirin paytaxtı Qahirədə bir araya gələrək, münaqişənin dayandırılması üçün beynəlxalq və ərəb ölkələri səviyyəsində nələrin görülə biləcəyini müzakirə edəcəyi qeyd edilib.
Mənbə: AA