Sinəsinə qılınc balığı ilişən sörfçü ölüb


İtaliyalı sörfçü Giulia Manfrini İndoneziyanın Qərbi Sumatra sahillərində sörfinq edərkən qılınc balığının sinəsinə ilişməsi nəticəsində ölüb. 36 yaşlı Manfrini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.



İtalyan sörfçü və influencer Giulia Manfrini İndoneziyanın Sumatra sahillərində məşhur sörfinq yeri olan Masokut adasında baş verən faciəvi hadisə ilə gündəmə gəlib.

Qılınc balığının qəfildən sudan tullanaraq sinəsinə ilişməsi nəticəsində 36 yaşlı Manfrini ağır yaralanıb.

Qəzanın şahidi olan iki sörfçü tez bir zamanda ilk yardım göstərərək Manfrini yaxınlıqdakı tibb mərkəzinə aparıb, lakin bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Tibbi rəylərdə onun döş qəfəsində 5 santimetr dərinlikdə yara və boğulma əlamətləri olduğu bildirilib.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu